“Qalatasaray” öz stadionunda oynaya bilməyəcək

16.11.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubu ev oyununu başqa stadionda keçirmək məcburiyyətində qalıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin Super Liqada “Samsunspor”la qarşılaşması "RAMS Park"da baş tutmayacaq.

Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Bildirilib ki, stadionun ot örtüyündə aparılan bərpa və yaxşılaşdırma işlərinə daha çox vaxt ayrılması məqsədilə matçın keçiriləcəyi arena dəyişdirilib.

Beləliklə, noyabrın 21-də baş tutacaq “Qalatasaray” – “Samsunspor” görüşü “Başakşəhər Fatih Terim” stadionunda təşkil olunacaq.

“Qalatasaray” rəhbərliyi stadionun istifadəsinə şərait yaratdığı üçün “Başakşəhər” klubunun prezidenti Göksel Gümüşdağa və digər rəsmilərə təşəkkür edib.

Qeyd edək ki, "RAMS Park"ın ot örtüyünün vəziyyəti son vaxtlar ciddi narazılığa səbəb olub. Klub rəhbərliyi problemi aradan qaldırmaq üçün stadionda bərpa işlərini davam etdirir.  “Qalatasaray” ilin sonunda ot örtüyünü yenidən dəyişdirməyi də planlaşdırır.

Ronaldinyo futbola qayıtdı - İLK MATÇINDA İKİ QOL Yurgen Klopp FIFA prezidentini sərt tənqid etdi – “Blatterdən də pisini bacardı” Günün oyunları bu kanallarda - TV AFİŞA "Benfika" ulduzunu buraxmır: 5 illik müqavilə “Milan” “Real” və “Liverpul”a rəqib oldu – Transfer uğrunda mübarizə qızışır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью