futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Portu”nun futbolçusu Rodriqo Mora karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” 19 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Portuqaliyalı futbolçu daha çox oynamaq istədiyi üçün “Portu”dan ayrılmağa müsbət yanaşır. “Cim-bom” yaxın zamanda danışıqlara başlayacaq.
Mora ötən mövsüm Portuqaliya çempionatında 28 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.