Qalatasaray portuqaliyalı qapıçıya elçi düşdü

14.07.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray" Fernando Musleranın ayrılığı ilə boş qalan qapıçı mövqeyinə axtarışlara davam edir.

Fanat.Az xəbər verir ki, Türkiyə çempionu "Vulverhempton" formasını tərlədən Joze Sanın transferi üçün danışıqlara başlayıb.

Bu barədə məlumatı "Takvim" yayıb.

İngilis klubu türkiyəlilərdən 20 milyon avro tələb edir. "Sarı-qırmızılılar" isə əksinə, daha az məbləğə bu transferi bitirməyi hədəfləyir.

Qeyd edək ki, klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan qolkiper ötən mövsüm 31 matçda qapısında 51 qol görüb.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью