“Qalatasaray” PSJnin futbolçusunu alır Yeni Çağ Media

01.01.2025

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubu futbolçu Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.

Yenicag.az bildirir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. “Sarı-qırmızılar” slovakiyalı oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, 2023-cü ildən Paris klubunda çıxış edən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. /Report

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью