“Qalatasaray” Qabriel Sara üçün 20 milyonluq təklifi rədd etdi

06.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyə təmsilçisi “Qalatasaray" yay transfer pəncərəsində braziliyalı futbolçu Qabriel Sara üçün Avropa klublarından gələn təxminən 20 milyon avro civarındakı rəsmi təklifləri geri çevirib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün istədiyi məbləğ təklif olunmadığı üçün transferə icazə verməyib.
Belə ki, Premyer Liqada oynamaq arzusunda olan ulduz futbolçu ilə İngiltərənin "Fulhem", "Aston Villa", "Nyukasl Yunayted" klubları ilə yanaşı, İtaliyanın "Napoli" komandası da yaxından maraqlanıb. Lakin "sarı-qırmızılı" rəhbərlik Sara üçün minimum 30 milyon avro təzminat qiyməti müəyyənləşdirdiyindən, 20 milyonluq təklifləri kifayət hesab etməyib və braziliyalı oyunçunu komandada saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Qabriel Sara mövsümün ilk 4 oyununda 2 qol və 2 məhsuldar ötürməlik performansı ilə diqqət mərkəzinə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью