Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Qalatasaray” Çempionlar Liqasında bu gün Belçikanın “Yunion” komandasını qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, görüş saat 21:45-də start götürəcək.
“Qalatasaray” bu gün qələbə qazanacağı halda, tarixində ilk dəfə turnirdə ardıcıl 4-cü qalibiyyətini əldə edəcək.
İstanbul klubu bundan öncə “Liverpul”u 1:0, “Bodo-Qlimt”i 3:1, “Ayaks”ı isə 3:0 hesabıyla məğlub edib. Komanda 9 xalla 9-cu sıradadır. “Yunion” isə 3 xalla 28-ci pillədə qərarlaşıb.