“Qalatasaray” qiyməti açıqladı Davinson üçün 20 milyon avro

04.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray”ın müdafiəçisi Davinson Sançesə İtaliyadan maraq var.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Komo” kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir.

Bu barədə türkiyəli jurnalist Nevzat Dindar məlumat yayıb. Bildirilir ki, İstanbul klubu 29 yaşlı müdafiəçi üçün tələb etdiyi məbləği müəyyənləşdirib.

“Sarı-qırmızılılar” Davinson Sançesin transferindən ən azı 20 milyon avro gəlir əldə etmək istəyir. “Komo”nun yaxın günlərdə futbolçu üçün rəsmi addım atacağı gözlənilir.
Qeyd edək ki, Davinson Sançes 2025/2026 mövsümündə “Qalatasaray”ın heyətində Super Liqada 30 matçda meydana çıxıb, 1 qol vurub.

Dünya çempionatında “Bavariya” ordusu: 18 futbolçu çağırıldı “Yunayted”dən 50 milyonluq transfer həmləsi: Hədəf “Nyukasl”ın ulduzu Safi seçilsə, o da “Fənər”ə gəlir: Daha bir ulduzla razılıq Azərbaycan-Ukrayna matçı bu kanalda - TV AFİŞA "Çelsi"nin əfsanə futbolçusu vəfat edib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью