Qalatasaray Qranit Cakanın menecerini razı saldı

03.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə nəhəngi "Qalatasaray" klubu "Bayer Leverkuzen"in ulduzu Qranit Cakanın meneceri ilə danışıqları yekunlaşdırıb.

Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Belə ki, "Qalatasaray" rəsmiləri "Bayer Leverkuzen"lə 2028-ci ilədək müqaviləsi olan futbolçunu transfer etmək və üçillik müqavilə imzalamaq niyyətindədirlər.

Qeyd edək ki, Qranit Caka bu mövsüm 46 oyunda meydana çıxıb, iki qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью