Qalatasaray Real ın qapıçısını transfer etmək istəyir

20.05.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin "Aston Villa" və Türkiyənin "Qalatasaray" klubu İspaniya təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etmək istəyir.

Sfera.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

Onların 26 yaşlı qolkiperə Madrid təmsilçisindən daha sərfəli maliyyə şərtləri təklif etdiyi iddia olunur.

Artıq ukraynalı qapıçının agenti Xorxe Mendeş "Real" rəhbərliyini məsələ ilə bağlı məlumatlandırıb. Paytaxt klubunun yeni baş məşqçisi təyin olunacaq Xabi Alonso Luninin komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, qapıçının Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью