Qalatasaray Real ın qapısını döydü

15.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Qalatsaray" "Real Madrid"in ulduzunu icarəyə götürmək istəyir.

Fanat.Az "Foto Maç"a istinadən xəbər verir ki, "cimbom" yarımmüdafiəçi mövqeyinə axtardığını İspaniyada tapıb.

"Sarı qırmızılar" "kral klubu"nun orta sahə oyunçusu Eduardo Kamavinqanı heyətinə qatmağı planlaşdırır. 23 yaşlı oyunçu universallıq baxımından Okan Burukun bəyəndiyi futbolçulardan biridir.


Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 43 matça çıxıb, 2 qol və 1 asistlə yadda qalıb. Həmçinin o, 3 sarı, 1 qırmızı vərəqə alıb.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью