Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarına davam edir.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" bu dəfə Dani Sebalyos üçün "Real Madrid"in qapısını döyəcək.
Bu barədə məlumatı "Takvim" yayıb.
Klubunda əsas heyətdə düşünülməyən ispaniyalı yarımmüdafiəçi bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, 28 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol