Qalatasaray rəsmilərindən futbolçulara QADAĞA

18.03.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Mövsüm sonunda məğlubiyyət yaşamadan çempion olaraq beşinci ulduzu qazanmaq istəyən "Qalatasaray" rəsmiləri futbolçulara bəzi qadağalar qoyublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klub rəsmiləri məşq prosesində iştirak edən futbolçuların mövsümün sonunda qeyd edəcəkləri qələbə sevincləri ilə bağlı danışıqlara icazə verilmədiyini, bu barədə danışan futbolçuları isə cəza gözlədiyini bildiriblər.

Buna səbəb isə futbolçuların qarşıdakı oyunlara köklənmələri və arxayınlaşmamalarıdır.

Qeyd edək ki, "Qalatasaray" klubu sonuncu dəfə 1990/91 mövsümündə meydana çıxdığı 30 oyundan 23-də qalib gəlib, yeddi dəfə isə heç-heçə edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью