Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı Moskvanın "Lokomotiv" klubu ilə danışıqlara başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatı “Sportcell" nəşrinin həmtəsisçisi Safa Kaan Öztürk özünün "X" sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, hazırkı məqamda İstanbul təmsilçisi üçün Batrakovun transferi Fransa "Strasburq"unun və Paraqvay yığmasının yarımmüdafiəçisi Xulio Ensisodan daha prioritet hesab olunur.
Qeyd edək ki, Batrakov "Lokomotiv" akademiyasının yetirməsidir. O, ötən mövsüm Rusiya Premyer Liqasında 13 qol vuraraq ən məhsuldar oyunçular arasında ilk üçlükdə qərarlaşıb.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" 21 yaşlı oyunçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Rusiya çempionatının ötən mövsümündə "Lokomotiv" 53 xalla üçüncü yeri tutub. Çempionluğu "Zenit" (Sankt-Peterburq) qazanıb (68 xal), "Krasnodar" isə Sankt-Peterburq klubundan cəmi bir xal geri qalaraq ikinci olub.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin