futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Lokomotiv”dən Aleksandr Batrakovla anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Cim-bom” 21 yaşlı yarımmüdafiəçi üçün 28 milyon avro ödəyəcək.
Batrakovun “Lokomotiv”lə müqaviləsi 2029-cu ilin yayına kimidir. Rus futbolçu Moskva klubunda 84 oyunda 34 qol vurub, 23 məhsuldar ötürmə edib.