Qalatasaray sabiq ulduzunu geri qaytara bilər

05.03.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray" klubu 35 milyon avroya "Bavariya"ya satdığı futbolçusu Saşa Boeyi yenidən heyətinə qata bilər.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" müdafiə xəttini gücləndirmək məqsədilə fransalı ulduzu transfer etmək niyyətindədirlər.

"Bavariya"nın 24 yaşlı futbolçu üçün yaxşı maliyyə təklifi gözlədiyi və müqaviləsi 2028-ci ilə qədər olan Saşa Boeyin gedişinə icazə verdiyi bildirilib.

Qeyd edək ki, 11 matçda 461 dəqiqə meydanda olan Saşa Boey bir məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью