“Qalatasaray” “Samsunspor” səfərindən 3 xalla qayıdır

11.04.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Super Liqasında XXXI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

"Sarı-qırmızılılar" bu qələbə nəticəsində turnir cədvəlində xallarının sayını 74-ə çatdırıb.

Türkiyə Super Liqası
XXXI tur

21:00. “Samsunspor” - “Qalatasaray” - 0:2
Qollar: Y. Akgün, 14, V. Osimhen, 47

La Liqa: “Xetafe”dən darmadağın Türklər oynadı, "Yuventus" "Roma" ilə heç-heçə etdi Terimin komandası qalib gəldi “Latsio” “Atalanta” səddini 1 qolla keçdi Bundesliqa: “Volfsburq” “Yunion”la bacarmadı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью