“Qalatasaray” “Samsunspor”u məğlub etdi

21.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.

Qeyd edək ki, XII turun qarşılaşmasından sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.

“Mançester Siti”dən gözlənilməz məğlubiyyət, “Arsenal” liderliyini möhkəmləndirdi “Qalatasaray” 7 qolluq matçda qalib gəldi A Seriyası: “Napoli” Turindən xalsız qayıdır La Liqa: “Real” 3 xalı 3 qolla qazandı Premyer Liqa: “Liverpul” son çempionla bacarmadı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью