“Qalatasaray” “Samsunspor”u məğlub etdi

11.04.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Super Liqasında XXXI tura start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

"Sarı-qırmızılılar" bu qələbə nəticəsində turnir cədvəlində xallarının sayını 74-ə çatdırıb.

Türkiyə Super Liqası
XXXI tur
21:00. "Samsunspor" - "Qalatasaray" - 0:2
Qollar: Y. Akgün, 14, V. Osimhen, 47
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью