“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı

15.08.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" daha bir futbolçusunu komandada saxlamağı bacarıb.

Modern.az xəbər verir ki, klub Davinson Sançezlə razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, tərəflər sözləşməni yeniləyiblər. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a transfer olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью