Qalatasaray” səfərdə böyük hesablı qələbə qazanıb

22.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasında XVII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Kayserispor"un qonağı olub. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.

Erkən qola sevinən "Cimbom" matçı 5:1 hesablı qələbə ilə başa vurub.

Bununla da, xallarının sayını 41-ə çatdıran "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini 8-ə yüksəldib.

Türkiyə Super Liqası
XVII tur
"Kayserispor" - "Qalatasaray" 1:5

Qollar: S. Bahoken, 14 - V. Osimhen, 2, 71, B. Yılmaz, 29, 87, Y. Akgün 51.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью