“Qalatasaray” səfərdə qələbə qazanıb

03.02.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Super Liqasında XXII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, Lider “Qalatasaray” səfərdə “Qaziantepspor”un qonağı olub.

Görüşün taleyini bir qol həll edib. 5-ci dəqiqədə “sarı-qırmızılılar”ın yeni transferi Ahmed Kutucu fərqlənib.

“Cimbom” səfərdə minimalhesablı qələbə qazanaraq ən yaxın izləyicisi "Fənərbaxça" ilə 6 xallıq fərqi qoruyub.
Türkiyə Super Liqası
XXII tur

21:00. “Qaziantepspor” – “Qalatasaray” – 0:1
Qol: Ahmed Kutucu, 5

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью