Qalatasaray səfərdən qələbə ilə qayıdır

24.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən "Qalatasaray" səfərdə "Göztepe" ilə qarşılaşmadan 0:2 hesablı qələbə ilə ayrılıb.

Oxu.Az xəbər verir ki, "Gürsel Aksel" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb və ilk 45 dəqiqə 0:0 hesablı bərabərliklə yekunlaşıb.

"Qalatasaray" 70-ci dəqiqədə qazandığı cərimə zərbəsini qola çevirib. Kaan Ayxan gözəl zərbə vuraraq komandasını önə keçirib.

Daha bir qol matçın əlavə vaxtında vurulub. 90+1-ci dəqiqədə Alvaro Morata fərqi artırıb.

Bununla da, "Qalatasaray" liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən "Göztəpə" 47 xalla 8-ci pillədə qalıb.

Superliqanın son həftəsində "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью