Qalatasaray səs küylü transferi reallaşdırmaq istəyir

30.11.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

“Liverpul” və Şotlandiya millisinin müdafiəçisi Andryu Robertson karyerasını Türkiyədə davam etdirmək şansına sahibdir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya “Qalatasaray” maraq göstərir.

Türkiyə çempionu şotland futbolçu ilə mövsümün sonunda müqavilə imzalamağı planlaşdırır. Robertsonun “Livepul”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

"Dandi Yunayted”, “Hall Siti”də oynamış təcrübəli müdafiəçi 2017-ci ildən “Liverpul”un formasını geyinir. 
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью