Qalatasaray Sinqo üçün Avropa klublarına mesaj verdi

13.10.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" bu mövsüm parlaq çıxışı ilə diqqət mərkəzinə düşən Vilfrid Sinqonun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirib.

Fanat.Az xəbər verir ki, "Cim-Bom" yay transfer pəncərəsində futbolçunu 30 milyon avroya transfer etmişdi.

İndi isə sarı-qırmızılılar 24 yaşlı müdafiəçini yalnız 50 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil.

Bu barədə məlumatı tanınmış jurnalist Mehmet Özcan yayıb.

Qeyd edək ki, bu mövsüm sarı-qırmızılı forma ilə 7 matçda iştirak edən Fildişi Sahilili müdafiəçi fərqlənməyi bacarmayıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью