“Qalatasaray” TFF nin qərarlarına etiraz edib

28.11.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray” Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) qərarlarına etiraz edib.

Apasport.az xəbər verir ki, klubun yaydığı açıqlamada komandanın futbolçusu Roland Sallaiyə verilən 2 oyunluq cəzanın epizodun oyunun axarı içərisində və bilərəkdən edilməyən bir hərəkət olmasına baxmayaraq, həddindən artıq ağır olduğu bildirilib.

“Qalatasaray” başqa bir qarşılaşmada “Fənərbaxça” futbolçusunun oxşar hərəkətinə hətta cərimə belə verilmədiyini xatırladaraq, qərarın obyektivliyini şübhə altına alıb.

İstanbul klubu əlavə edib ki, ötən həftəki oyunda “Fənərbaxça”nın qapıçısı Edersonun tribunaları təhrik edən davranışı intizam tədbiri ilə qiymətləndirilməyib. Klub həmçinin Mauro İkardinin əvvəlki mövsümdə daha uzaq məsafədən etdiyi iddia olunan jestə görə PFDK tərəfindən cəzalandırıldığını yada salıb.

“Sarı-qırmızılılar” qeyd edib ki, eyni hərəkətlərin fərqli şəkildə dəyərləndirilməsi və oxşar hallarda müxtəlif qərarların çıxarılması ədalətin şəxslərə və klublara görə tətbiq olunduğunu göstərir.

"Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub Mbappe özünün Çempionlar Liqasındakı rekordunu yeniləyib “Dortmund”un yarımmüdafiəçisi “Milan”ın hədəfində “Mançester Yunayted”də ayrılıq “Santos”da ciddi itki
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью