“Qalatasaray” “Tottenhem”in forvardı ilə maraqlanır

24.06.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Tottenhem”in braziliyalı hücumçusu Riçarlisonun karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı var.

Apasport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı forvardla “Qalatasaray” maraqlanır.

“Transfermarkt” portalı Riçarlisonun bazar dəyərini 20 milyon avro qiymətləndirir. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Riçarlison son İngiltərə Premyer Liqası mövsümündə London klubunun heyətində 15 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil “Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro “Liverpul”un sabiq futbolçusunun yeni komandası müəyyənləşib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью