Qalatasaray Tottenhemin kapitanını transfer etmək istəyir | Icma.az
Icma.az, Apasport portalına istinadən məlumat yayır. Türkiyənin "Qalatasaray" klubu heyətini məşhur futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Tottenhem"in kapitanı Son Hın-mini heyətinə qatmaq istəyir.
"Qalatasaray" mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatan və azad agent statusunda olacaq cənubi koreyalı vingerlə müqavilə imzalamaq üçün onunla danışıqlara başlayacaq.
Qeyd edək ki, "Tottenhem" Son Hın-mini 2015-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer edib.
32 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
FİFA “Barselona”ya 3 milyon avro təzminat ödəyəcək Xavi Messinin komandasına rəhbərlik edə bilər "Neftçi"nin futbolçusu millidə dubl etdi Martinez Maradonaya çatıb Qyökereş Azərbaycanla matçda İbrahimoviçin uğurunu təkrarlayıb Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu