Qalatasaray transferi bombasını partladır

27.08.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray”ın transfer siyahısında ilk sıralarda yer alan Rafael Leao ilə bağlı yeni iddia ortaya çıxıb.
Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu üçün “Milan”la danışıqları davam etdirən İstanbul klubu transferdən vaz keçməyib. İtaliya mətbuatında isə “Aston Villa”nın Leao ilə bağlı təşəbbüslərindən geri addım atdığı bildirilir.
Bu vəziyyət “Qalatasaray”ın transfer yarışında əsas rəqiblərindən birinin aradan çıxması kimi qiymətləndirilir.
Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi Leao ilə bağlı danışıqlarda mühüm məsafə qət edib. Klubun futbolçunun özü ilə anlaşmaya yaxın olduğu və onun İstanbul variantına əvvəlkindən daha isti yanaşdığı iddia olunur.
İstanbul təmsilçisinin Leao üçün yüksək maaş paketi hazırladığı və futbolçunu klubun iddialı layihəsinə inandırmağa çalışdığı bildirilir.
“Qalatasaray”ın bu transferdə izlədiyi strategiya ötən il Viktor Osimhenin transferindəki prosesə bənzədilir. Klubun son ana qədər mübarizəni davam etdirərək futbolçu ilə razılıq əldə etməyə, daha sonra isə onun klubu ilə razılaşmağa çalışdığı qeyd olunur.
Transferin qarşısındakı əsas maneə isə “Milan”ın Leao üçün tələb etdiyi təzminatdır.
İddialara görə, İtaliya klubu 50 milyon avro zəmanətli ödəniş və bonuslarla birlikdə 60 milyon avroya çata biləcək paket istəyir. “Qalatasaray” isə məbləği aşağı salmaq və ödəniş şərtlərini daha əlverişli etmək üçün danışıqları davam etdirir.
Leaonun “Milan”la müqaviləsi 2028-ci ilə qədərdir. Buna baxmayaraq, uyğun maliyyə şərtləri yaranacağı təqdirdə İtaliya klubunun futbolçunun ayrılmasına razı ola biləcəyi bildirilir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью