Qalatasaray transferlərdə tarixi rekorda imza atdı

12.02.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

"Qalatasaray" mövsüm ortası transfer dövründə heyətinə qatdığı 7 futbolçuya ümumilikdə 27 milyon avro transfer və icarə haqqı ödəyib.

Manset.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb. 

Bildirilib ki, bu rəqəm klub tarixində mövsüm ortası transfer pəncərəsində ən yüksək xərc kimi tarixə düşüb. "Sarı-qırmızılar" iki transfer dövründə 12 futbolçuya ümumilikdə 61,5 milyon avro ödəməyi öhdəsinə götürüb. Bu, bir mövsümdə transferlərə xərclənən ən yüksək məbləğdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью