Qalatasaray transferləri davam etdirmək NİYYƏTİNDƏ: Adlar da məlumdur

07.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsi bağlanmadan heyətini daha iki futbolçu ilə gücləndirmək niyyətindədir.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Trabzonspor" klubunun futbolçusu Eren Elmalı üçün 4.5 milyon avro, "Lens" klubunun oyunçusu Pzemislav Frankovski üçün isə 5 milyon avroluq təklif göndərib.

"Qalatasaray" klubu futbolçuların keçidini ən qısa zamanda tamamlamaq niyyətindədir.

Qeyd edək ki, "Qalatasaray" daha öncə "Milan"dan Alavro Moratanı, "Genk"dən isə Karlos Kuestanı heyətinə cəlb edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью