Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
"Qalatasaray" futbol üzrə Türkiyə Kubokunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, A qrupundakı 3-cü matçında "İstanbulspor"u qəbul edən komanda inamlı qələbə qazanıb - 3:1
Meydan sahiblərinin heyətində qolları Mauro İkardi, Lukas Torreyra və Ahmet Kutucu vurublar. Qonaq komandadan isə Mendi Mamadu fərqlənib.
Bu nəticədən sonra xallarını 9-a çatdıran "Qalatasaray" liderliyini möhkəmlədib.