“Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır

26.01.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Qalatasaray" müdafiənin sağ cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Milan"da çıxış edən Emerson Royal zədələndiyi üçün planlar dəyişib.

"Qalatasaray" bu mövqe üçün "Roma"da çıxış edən Zeki Çeliki transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. "Sarı-qırmızılar" qısa müddət ərzində türk futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü olan 27 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

A Seriyası: “Yuventus”dan ilk məğlubiyyət Mahir oynamadı, komandası məğlub oldu “Qalatasaray”dan kritik qələbə Premyer Liqa: “Bornmut”dan darmadağın, “Liverpul”dan parlaq qələbə Bundesliqa: “Bavariya”dan qələbə, “Dortmund”dan xal itkisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью