Qalatasaray üçün sürpriz hücumçu 30 milyon ayrıldı

27.08.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yeni mövsümdə də çempionluq hədəfləyən və Çempionlar Liqasında iddialarını artırmaq istəyən “Qalatasaray”da transfer çalışmaları davam edir. 
Demokrat.az
xəbər verir ki, Mauro İkardinin ayrılmasından sonra hücum xəttini gücləndirmək istəyən sarı-qırmızılıların gündəminə mühüm bir ad gəlib.
Viktor Osimhenin arxasında oynayacaq hücumçu ilə bağlı isti inkişaflar yaşanır. “Ştutqart”ın formasını geyinən Ermedin Demiroviç siyahının prioritet namizədi idi. Lakin klublar arasındakı danışıqlar müsbət nəticələnməyib. Bundan əlavə, bosniyalı futbolçu da son olaraq “Ştutqart”da qalmaq qərarına gəlib.
Bu məsələnin üzərindən xətt çəkən sarı-qırmızılı rəhbərlik Almaniya bazarında başqa bir ulduza yönəlib:
Fisnik Asllani, “Hoffenhaym”ın 24 yaşlı kosovolu futbolçusu ciddi şəkildə gündəmdədir. Hətta onunla bağlı təmaslara da başlanılıb.
Asllaninin “Leypsiq”ə keçidi razılaşdırılmaq üzrə idi, lakin transfer baş tutmayıb. Almaniya mətbuatı tibbi müayinələr zamanı problem aşkarlandığını yazmışdı.
“Qalatasaray” rəhbərliyi isə futbolçunun ətraflı tibbi hesabatlarını araşdırır. Digər tərəfdən, baş məşqçi Okan Burukun da Asllanini çox bəyəndiyi məlumdur.
Yüksək pressinq və bağlantı oyununda effektiv olan kosovolu ulduz yalnız Osimhenə alternativ kimi nəzərdə tutulmur. Okan Burukun bəzi matçlarda birbaşa iki hücumçu ilə oynamağı planlaşdırdığı bildirilir. Bundesliqa klubunun transfer üçün 30 milyon avrodan başlayan qiymət müəyyənləşdirdiyi öyrənilib. “Qalatasaray”ın prioritet hədəfi isə məcburi satınalma şərti ilə futbolçunu icarəyə götürməkdir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью