“Qalatasaray” üçün tarix təkərrür edəcək? YENİLƏNİR

17.02.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.

"Qalatasaray" İtaliya nəhəngi "Yuventus"u qəbul edəcək. Türkiyə təmsilçisi evdə İtaliya klublarına məğlub olmayıb. Komanda 11 matçda 7 qələbə qazanıb və 4 heç-heçə edib.

“Real” səfərdə “Benfika” ilə qarşılaşacaq. "Kral klubu" üçün son turda məğlub olduğu rəqiblə duel prinsipial əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.

17 fevral
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

21:45 "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya)

00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya)

00:00 "Benfika" (Portuqaliya) – "Real" (İspaniya)

00:00 "Monako" (Fransa) – PSJ (Fransa)

"Sabah"dan çempionluq yolunda növbəti addım - YENİLƏNİB “Sabah” Gürcüstanda çempion olub Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir" Kurban Berdıyev: "Məşqlərdə çalışdıqlarımızı edə bilmədik" "Turan Tovuz" "Şamaxı" səfərindən bir xalla qayıdır - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью