Qalatasaray UEFA Çempionlar Liqasını təmin edib

14.04.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Türkiyə Super Liqasının 31-ci həftəsində "Qalatasaray" "Samsunspor"u 2:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. 

Apasport.az xəbər verir ki, səfərdə 3 xal qazanan "cimbom"un mövsümü ilk 2-də bitirəcəyi dəqiqləşib. 

Ən yaxın rəqibi “Fənərbaxça”nı 3 xal qabaqlayan "sarı-qırmızılılar" mövsümü ilk 2-də başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

"Qalatasaray" mövsümü çempion kimi başa vurarsa, birbaşa Çempionlar Liqasına gedəcək.

Qeyd edək ki, "Qalatasaray" hazırda 74 xalla turnir cədvəlinə rəhbərlik edir. Liderdən 3 xal geridə qalan "Fənərbaxça" isə ikincidir. 

94 ildə ilk dəfə - "Yunayted"ə qarşı rekord qırmayan qalmadı Gündoğan 1 il daha "Siti"də Antirekordlar klubu - "Tottenhem" "Şalke" və "Fənərbaxça" əfsanələri üz-üzə gəliblər - FOTO "Sevilya"da baş məşqçi ayrılığı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью