Qalatasaray UEFA ÇL in 1/8 finalında Liverpul u məğlub edib

11.03.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşması baş tutub.
Demokrat.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərə "Liverpul" komandasını İstanbuldakı "Rams Park" stadionunda qəbul edib.
Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mario Lemina oyunun 7-ci dəqiqəsində komandasına qalibiyyət gətirən qolu vurub. Osimhen 62-ci dəqiqədə fərqlənsə də, qol oyundakənar vəziyyətə görə qeydə alınmayıb.
Qeyd edək ki, cavab oyunu martın 18-də keçiriləcək.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью