Qalatasaray ulduzunun satış qiymətini 30 milyon avroya yüksəltdi

28.07.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu ulduz futbolçusu Barış Alper Yılmaz üçün 30 milyon avro tələb edir.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Barış Alper Yılmazı transfer etmək istəyən klublar 30 milyon avro ödəniş etməli olacaqlar.

Klub rəsmiləri bildiriblər ki, futbolçunun transfer məbləğində güzəşt etməyəcəklər.

Qeyd edək ki, hazırda İtaliya, İngiltərə və Almaniya klubları Barış Alper Yılmazın transferində maraqlıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью