Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının IV turunda Türkiyə təmsilçiləri "Qalatasaray" və "Fənərbağça" Avropa nəhənglərini məğlub edərək tarixi uğura imza atıblar.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçiləri turun oyunlarını qələbə ilə başa vurublar.
Belə ki, "Qalatasaray" doğma meydanda Almaniyanın "Ştutqart" klubunu 2:0, "Fənərbağça" isə Kadıköydə İngiltərənin "Liverpul" komandasını 3:2 hesabı ilə məğlub edib.
"Qalatasaray" və "Fənərbağça"nın eyni turda qələbə qazanması UEFA Çempionlar Liqası tarixində Türkiyə futbolu adına ilk kimi qeydə alınıb.
Beləliklə, hər iki klub IV turu üç xalla başa vuraraq Türkiyə futboluna böyük sevinc yaşadıb.
Turun nəticələri:
"Qalatasaray" - "Ştutqart" 2:0
"Fənərbağça" - "Liverpul" 3:2