“Qalatasaray” və “Fənərbağça” qələbə qazandı, “Beşiktaş” xal itirdi

11.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

Publika.az xəbər verir ki, son oyun günündə İstanbul nəhəngləri meydana çıxıblar.

“Qalatasaray” doğma meydanda “Samsunspor”a 3:2, “Fənərbağça” “Sivasspor”a 4:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” isə səfərdə “Başakşəhər”in müqavimətini qıra bilməyib - 0:0.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 31 xalla “Qalatasaray” başçılıq edir. Liderdən 5 xal az toplayan “Fənərbağça” 2-cidir. “Beşiktaş” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью