Qalatasaray və Fənərbaxça Bakunu istəyir

10.10.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya millisinin və “Leyptsiq”in müdafiəçisi Ridl Baku karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində “Qalatasaray” və “Fənərbaxça” maraqlıdır.

Hazırda Bakunun menecerinə və Almaniya klubuna bununla bağlı müraciətlər olub.

“Everton”un da transfer siyahısında yer alan Bakunun “Leyptsiq”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Maynts”, “Volfsburq” klublarında çıxış edib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью