Qalatasaray və Fənərbaxçadan möhtəşəm qələbə, Beşiktaş isə...

10.11.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

Modern.az xəbər verir ki, son oyun günündə İstanbul nəhəngləri meydana çıxıblar.

“Qalatasaray” doğma meydanda “Samsunspor”a 3:2, “Fənərbağça” “Sivasspor”a 4:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” isə səfərdə “Başakşəhər”in müqavimətini qıra bilməyib - 0:0.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 31 xalla “Qalatasaray” başçılıq edir. Liderdən 5 xal az toplayan “Fənərbağça” 2-cidir. “Beşiktaş” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью