Qalatasaray və Qarabağ ın oyunu ilk 10 luq da

03.10.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində II turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilmiş matçda bu göstəricidə 10-cu olub.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 30250 tamaşaçı qeydə alınıb.
Türkiyə təmsilçisi "Qalatasaray"ın evdə İngiltərənin "Liverpul" klubuna qarşı keçirdiyi görüşü tribunadan 50207 fanat izləyib. Bu görüş isə altıncı sıradadır.
Qeyd edək ki, "Qarabağ" "Kopenhagen"i 2:0, "Qalatasaray" "Liverpul"u 1:0 hesabı ilə üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью