Qalatasaray Viktor Osimhenə illik 20 milyon avro təklif etdi

14.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türkiyə nəhəngi "Qalatasaray" nigeriyalı ulduz futbolçunun transferi üçün "Napoli"yə 66 milyon avro, futbolçuya isə illik 20 milyon avro təklif edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Viktor Osimhen yekun qərarını mövsümün sonunda açıqlayacağını bildirib.

"Napoli" klubu isə "Qalatasaray"ın təklifini qəbul edib.

Belə ki, "Qalatasaray" klubu Viktor Osimhen üçün 66 milyon avro təklif edib. Bu məbləğ hissə-hissə ödəniləcək.

Futbolçunun menecerinə isə illik 20 milyon avroluq maaş təklif olunub.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 38 oyunda 33 qol, səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью