Qalatasaray Viktor Osimheni transfer etmək üçün Napoliyə 50 milyon avro təklif edib

05.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin "Qalatasaray" klubu Viktor Osimhenin alınması üçün maksimum 50 milyon avro xərcləməyə hazırdır.

Oxu.Az "Sabah"a istinadən xəbər verir ki, əgər "Napoli" və "Qalatasaray" 25 yaşlı forvardın transferində razılaşarsa, Türkiyə klubu nigeriyalı ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.

Bu mövsüm Osimhen bütün turnirlərdə meydana çıxdığı yeddi matçda dörd qol vurub, dörd məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"da icarə əsasında çıxış edir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avro olaraq göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью