“Qalatasaray” Vüsalı qol vurmağa peşman etdi

06.02.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə kubokunda II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib.

11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib. “Cimbom”un yeni transferi Alvaro Morata hesabı bərabərləşdirib. 

Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Türkiyə kuboku 
II tur 

14:00. “İstanbulspor” – “Kasımpaşa” – 2:0
17:00. “Boluspor” – “Qalatasaray” – 1:4

"Qalatasaray"ın kubok matçı bu kanalda "Fənərbaxça" azarkeşlərinə bəd xəbər: Zədəli oyunçuların vəziyyəti Kilan Lebonun yeni klubu bəlli oldu "Santos"a qayıdan Neymarın ilk matç performansı - VİDEO “Real”dan səfərdə əzmkar qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью