Qalatasaray yanvar ayında heyətini fransalı hücumçu ilə gücləndirəcək

23.11.2024

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" heyətini yanvar ayında Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunda çıxış edən Mussa Dembele ilə gücləndirəcək.

Sitat.info xəbər verir ki, Mussa Dembele yenidən Avropa klubunda çıxış etmək istədiyi üçün "Qalatasaray"ın təklifini qəbul edib.

"Qalatasaray" dəyəri 12 milyon avro olan Mussa Dembele üçün 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Mussa Dembele bu mövsüm "Əl-İttifaq" forması ilə çıxdığı 12 oyunda üç qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью