Qalatasaray yenə qalib gəldi | Icma.az
Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Superliqasının 15-ci həftəsində "Qalatasaray" səfərdə "Sivasspor"la qarşılaşıb.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" 16-cı dəqiqədə Metehan Baltacının qırmızı vərəqə almasından sonra 10 nəfərlə qalsalar da, meydanı 3:2 hesablı qələbə ilə tərk etməyi bacarıblar.
Qarşılaşmanın 25-ci dəqiqəsində Qarri Rodrigesin qolu ilə "Sivasspor" 1:0 önə keçib.
Lakin 36-cı dəqiqədə "Sivasspor"un qapıçısı Nikoliçin səhvindən istifadə edən "Qalatasaray" Yunus Akgünün vurduğu qolla hesabı bərabərləşdirib.
İlk hissənin əlavə dəqiqələrində penaltini qola çevirən Viktor Osimhen "Qalatasaray"ı 2-1 önə keçirib.
Qalatasaray" ikinci hissədə Barış Alper Yılmazın qolu ilə fərqi 2-yə yüksəldib.
"Sivasspor" 90+1-ci dəqiqədə hesab fərqini azaltsa da, bu, oyunda son qol olub.
Tam oxu
Xəbəri oxu