Qalatasaray yeni qapıçı transfer edəcək

12.03.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin "Qalatasaray" klubu yeni qapıçı transferi üzərində işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi hazırda yay transfer pəncərəsində yeni qapıçı almaq üzərində işləyir.

38 yaşlı Fernando Muslera Uruqvaya qayıtmağı planlaşdırdığı üçün "sarı-qırmızılar" İnaki Penyanı transfer etmək variantını fəal şəkildə nəzərdən keçirir.

Fernando Muslera bu mövsüm bütün turnirlərdə klubun heyətində 34 oyunda iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью