Qalatasaray yeni transferi niyə gizli şəkildə İstanbula gətirdi? | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. Viktor Nelssonu icarə əsasında ''Roma''ya göndərdikdən sonra mudafiənin mərkəzini g
''Football-plus.az'' xəbər verir ki, rəhbərlik səssiz-sədasız şəkildə yeni transferi İstanbula gətirərək onu tibbi müayinədən keçirib.
Söhbət Belçika təmsilçisi ''Genk''in üzvü Karlos Kuestadan gedir. 25 yaşlı kolumbiyalı müdafiəçinin transferi ən qısa müddətdə açıqlanacaq.
Keçidin gizli həyata keçirilməsinin səbəbi isə fanatların etirazıdı.
Məsələ burasındadı ki, fanatlar bu transferi eşidən kimi sosial şəbəkələrdə bu futbolçuya çox ciddi etiraz etdilər.
Onların fikrincə, Nelsson Kuestadan daha səviyyəli müdafiəçidi. Üstəlik yeni transferin boyu cəmi 179 santimetrdi.
İstanbul nəhənginin bu futbolçu ilə 3,5 illik müqavilə imzalayacağı və onun adının Nelssonun yerinə avrokubokların iştirak ərizəsinə salınacağı gözlənilir.
Bu transfer ''sarı-qırmızılar''a təxminən 7-8 milyon avroya başa gələcək.
Tam oxu
Xəbəri oxu