Icma.az, Fanat saytına istinadən bildirir.
“Qalatasaray” milli komandaların oyunları səbəbilə yaranan fasilədə yoxlama matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, İstanbul klubu oktyabrın 2-də “Pendikspor”la üz-üzə gələcək.
Pendik Bələdiyyə Stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Komanda bu qarşılaşmanın ardından rəsmi oyunlara hazırlığını davam etdirəcək.
“Qalatasaray” oktyabrın 9-da Superliqada “Kasımpaşa”nı, oktyabrın 13-də isə UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona”nı qəbul edəcək.
Əlisahib İbrahimli